25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/7/2022 “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” adlı ictimai müzakirə keçirilib.

40-dan çox dövlət qurumu, mediasiya təşkilatı, vətəndaş cəmiyyəti institutunun təmsil olunduğu tədbirdə Ombudsman Səbinə Əliyeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurasının sədri Nadir Adilov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəsi Quido Ambroso çıxış ediblər.

Ombudsman Səbinə Əliyeva ictimai müzakirədə açılış nitqi ilə çıxış edərək, əmək hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət, bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla yaradılmış əlaqələr və həyata keçirilən layihələr barədə məlumat verib.  Çıxış zamanı həmçinin Ombudsmanın ünvanına daxil olan şikayətlərdə yer alan əsas problemlər və onların həlli məqsədilə görülən işlər diqqətə çatdırılıb.  Ombudsman çıxışında əmək hüquqlarının təmini sahəsində təsisatın əsas fəaliyyət istiqamətlərindən biri olan “Biznes və insan hüquqları” sahəsində həyata keçirilən fəaliyyət barədə də məlumat verib. Bununla yanaşı, Ombudsman tədbirdə əmək hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra təklif və tövsiyələrini səsləndirib.

S.Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında da bu sahədə sıx əməkdaşlığın formalaşdığını əlavə edərək, əmək mübahisələrinin həllində işçi və işəgötürən maraqlarının balanslaşdırılması baxımından mediasiyanın rolunun əhəmiyyətinə toxunub. 

Daha sonra çıxışlar zamanı mübahisələrin məhkəməyəqədər həlli mexanizmlərinin effektivliyi, bu sahədə aidiyyəti dövlət qurumlarının, mediasiya təşkilatlarının və işəgötürənlərin rolu, mövcud maneələr və onların aradan qaldırılması yolları, habelə gələcək əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb. 

Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 638 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”