25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/7/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub

Tamaşada baş rolları əlilliyi olan şəxslər oynayıblar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub. Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Tamaşadan əvvəl tədbir iştirakçıları mərkəzdə yaradılan şəraitlə, təlim və yaradıcılıq bölmələri ilə tanış olublar.

Satirik janra aid olan əsərdə kübar görünməyə çalışan meşşan cəmiyyətinin problemləri əks olunur.  Əsərdə hadisələr 3 əsas qəhrəman ətrafında cərəyan edir. Yaradıcı heyətin tamaşaçılara ötürmək istədiyi ideya sadədir: ünsiyyətdə səmimiyyət və qarşısındakını anlamaq istəyi olmayanda “eqo” önə keçir, beləliklə, insanlar arasında olan incə rabitə və dostluq əlaqələri qırılır.

Tamaşanın quruluşçu rejissoru Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi, tanınmış rejissor Əbdülqəni Əliyev, bəstəkarı musiqi sahəsi üzrə təlimçi, əməkdar artist Vüqar Camalzadə, baş xoreoqrafı rəqs üzrə təlimçi xalq artisti Rüfət Xəlilzadə, bal rəqsləri üzrə xoreoqrafı isə təlimçi Fərid Mehdiyevdir.

İnklüziv tamaşada Mərkəzdə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslər, həmçinin peşəkar aktyorlar və rəqqaslar çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru öz müəllif baxışını səhnə əsərinə köçürüb. Onun tamaşaya əlavə etdiyi kadril, kazak, didişmə, vals və toy rəqs nömrələri əsərə maraqlı rəngarənglik qatıb.

Tamaşa üçün xüsusi musiqi bəstələnərək, Mərkəzin benefisiarlarının ifasında səsləndirilib. Müxtəlif və zəngin çalarlı səhnə libaslarını mərkəzin dərzilik kursunun benefisiarları ərsəyə gətirib. 55 dəqiqə davam edən səhnə əsəri üçün xüsusi dekorasiyalar da hazırlanıb.

Səhnə əsərinin baş rollarından yeddisini əlilliyi olan şəxslər ifa ediblər. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

Yaradıcı heyət 2018-ci ildən inklüziv "Əsa", "Küllücə" və "Oyun" teatrları ilə  əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ötən dövrdə "Göy quş", "Nəsimi", "And" və "Solğun çiçəklər" tamaşaları hazırlanaraq teatrsevərlərə təqdim edilib və böyük maraqla qarşılanıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 607 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”