24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
9/8/2022 DOST Agentliyinin yaradılmasından 4 il ötür


DOST Agentliyinin yaradılmasından 4 il ötür

 

Bu müddət ərzində DOST mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib

 

Bu gün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) 4 yaşı tamam olur. DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanı ilə yaradılıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur.

İndiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,1 % olub.

DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənməkdədir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılmaqdadır.

“Çağrı Mərkəzi” tərəfindən isə ötən dövr ərzində 2,7 milyon vətəndaş müraciəti cavablandırılıb.

Fəaliyyəti dövründə DOST Agentliyi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunması məqsədilə “Könüllü DOST” proqramını icra edib. Agentlikdə könüllülük fəaliyyəti 5 istiqamətdə - "Gənc DOST", "Gümüşü DOST", “İnklüziv DOST”, “Korporativ DOST” və "Distant DOST" altproqramları təşkil edilib.

DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 748 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”