25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/9/2022 Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib


Nazir Sahil Babayev Qobustan rayonunda

vətəndaşları qəbul edib

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.

Vətəndaşlar qəbul zamanı məşğulluq proqramlarına cəlb edilmə, sosial təminat, əlilliyin qiymətləndirilməsi, mənzillə təminat və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.

Nazir Sahil Babayev rayon sakini, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin atası Arif Vəliyevlə də görüşüb. O, şəhid qəhrəmanımızın ailəsinin sosial vəziyyəti ilə maraqlanıb, onların və bütün şəhid ailələrinin qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı müraciətlər yerindəcə araşdırılıb və aidiyyəti tədbirlər görülüb. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib.

Müraciətlərinə əsasən ayrı-ayrı şəxslər özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılmasına dəstək verilməsi, peşə hazırlığına cəlb edilmələri, eləcə də ünvanlı sosial yardım proqramı ilə əhatə olunmaq hüquqlarına baxılması, əlilliyin təkrar qiymətləndirilməsi və s. üçün qeydiyyata alınıblar. 

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 559 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”