XƏBƏRLƏR




- 5/9/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğu sahəsində işə qəbul edilənlərin sayına görə ölkə üzrə birinci yeri tutur
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğu sahəsində işə
qəbul edilənlərin sayına görə ölkə üzrə birinci yeri tutur
Son 4 ildə dövlət qulluğu üzrə müsabiqə və müsahibələrdə uğur qazanmış 864 kadr Nazirlik sistemində işə qəbul olunub.
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumatlara əsasən, sertifikat əldə edərək və ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə birinci yeri tutur.
Dövlət qulluğu sahəsində işə qəbul olunan kadrların sayı üzrə rekord nəticə göstərən Nazirlik tərəfindən 2018 – 2022-ci illərdə 38 müsahibə elanı verilərək, ümumilikdə 1500 vakant vəzifə elan edilib.
Son 4 ildə DİM tərəfindən keçirilmiş müsahibələrdə uğur qazanmış, böyük əksəriyyəti gənclərdən ibarət olan 864 kadr Nazirlik sistemində müvafiq vəzifələrə təyin olunublar.
Nazirlikdə dövlət qulluğu vəzifələrinə kadrların müsabiqəlilik əsasında seçilməsi və yerləşdirilməsi ilə yanaşı, seçilmiş kadrların bilik və bacarıqlarının mütəmadi olaraq artırılması, peşəkar və karyera inkişafının təmin edilməsi istiqamətində də müvafiq işlər aparılır.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 569 dəfə oxunub
























1.jpg)






































