Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin
inkişafı
SOSİAL SAHİBKARLIQ EKOSİSTEMİ
YEKUN SİYASƏT SEMİNARI
İLKİN GÜNDƏLİK
Məqsəd: Seminarın məqsədi Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə siyasət
tövsiyələrini təqdim etmək, nəzərdən keçirmək və müzakirə etməkdir.
Format: Fiziki
Məkan (təsdiq olunacaq)
Tarix: 28 sentyabr 2022
İştirakçılar: dövlət rəsmiləri, sosial sahibkarlar, beynəlxalq təşkilatlar, innovasiya/akselerasiya
laboratoriyaları, ekspertlər, potensial donorlar
9:30 – 10:00 İştirakçıların qeydiyyatı
10:00 – 10:15 Açılış nitqləri
Cənab Viktor Bojkov, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq
Bölməsinin rəhbəri
Xanım Çaru Bist, BMTİP-in Rezident Nümayəndəsi v.m.i.
10:15 – 10:35 Layihə haqqında ümumi məlumat və layihə nəticələrinin xülasəsi
Təqdimatçı: Xanım Lana Lovasiç, sosial sahibkarlıq üzrə beynəlxalq məsləhətçi
10:35 – 10:45 Sual-cavab
10:45 – 11:40 Siyasət tövsiyələrinin təqdimatı
Təqdimatçı: Xanım Lana Lovasiç, sosial sahibkarlıq üzrə beynəlxalq məsləhətçi
11:40 – 11:55 Kofe fasiləsi
11:55 – 12:25 Siyasət tövsiyələri ilə bağlı sual-cavab
12:25 – 13:25 Siyasət tövsiyələri ilə bağlı qrup müzakirələri
İştirakçılar 6-8 nəfərlik qruplara bölünəcək və onlardan kiçik qruplar şəklində siyasət
tövsiyələrini nəzərdən keçirib müzakirə etmək xahiş olunacaq.
13:25 – 13:55 Müzakirə nəticələri ilə bağlı qrupların təqdimatı
13:55 – 14:00 Yekun və bağlanış
14:00 – 15:00 Nahar
TƏQDİMATÇI HAQQINDA
Xanım Lana Lovaşiç
Müxtəlif sahələrdə çalışaraq 15 ildən artıq təcrübə qazanan Lana Lovaşiçin əsas motivasiyası dünyanı
daha ədalətli, bərabərhüquqlu və etibarlı bir yerə çevirmək üçün bir
sahibkar kimi inklüziv innovasiya tətbiq etmək həvəsidir. Bu məqsədlə o,
məsləhətçi, sahibkar və nüfuzlu investor kimi fəaliyyət göstərib.
Uzun illər ərzində Lana Lovaşiç, həmçinin innovativ maliyyə, inkubasiya
və sürətləndirmə (akselerasiya), təsir əsaslıekosistemin qurulması və
əlaqəli tədqiqat və siyasət işlərinin aparılmasına xüsusi diqqət
yetirməklə, iqtisadi inkişaf, sosial sahibkarlıq və sosial iqtisadiyyat
sahəsində də təcrübə qazanmışdır. O, sektorlararası əməkdaşlıqlara
üstünlük verir. Qlobal miqyasda, o, xüsusilə Afrikada və son zamanlar Avropada fəaliyyət göstərib.
Lana Lovaşiç bir neçə sosial müəssisənin direktoru və həmtəsisçisi, o cümlədən "Impact Hub
Johannesburg"un həmtəsisçisidir.
Onun əsas müştərilərinə Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, "British Council", YBI,
"Social Enterprise UK", "Plan International", "Group SOS", "ACT Grupa", Finlandiya Hökuməti,
Flandriya Hökuməti, Cənubi Afrika hökuməti, Avropa İttifaqı və digərləri daxildir. Lana Lovaşiç
əvvəllər Cənubi Afrikadakı Aspen İnkişaf Sahibkarları Şəbəkəsinin idarə komitəsinin üzvü olub,
hazırda isə "Simanye" trestinin idarəçisidir. O, İsveçrənin Cenevrə Universitetində MBA dərəcəsinə
yiyələnib və Kanadanın Toronto Universitetinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Lana
Lovaşiç, həmçinin bir neçə innovasiya mövzusu üzrə Stanforddan aspirantura sertifikatlarına sahibdir.
Bu xəbər 625 dəfə oxunub