25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/11/2022 “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filinin təqdimatı keçirilib.


“Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi”  sənədli filinin təqdimatı keçirilib.
 
 24 oktyabr 2022-ci il tarixində şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində “Səssiz Dünya” Işarət Dilində Danışan Əlillərə və Idmançılara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsi çərçivəsində çəkilmiş sənədli filmin təqdimatı keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayon prokuroru Akif Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)  Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, rayon  Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, millət vəkili İqbal Məmmədov, Rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbin direktoru Eltay Almasov, şəhidin ailə üvləri, eləcə də şəhidin qardaşı qızı və eyni zamanda həyata keçirilən “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” layihəsinin rəhbəri Aidə Səfərova, kənd sakinləri, yeniyetmə və gənclər iştirak edib. 
Tədbirin aparıcısı şəhid Elşən Səfərov haqqında geniş məlumat verərək bildirib ki,  Elşən Məmmədağa oğlu Səfərov Lerikin Çayrud kəndinə gətirilən ilk şəhid olub.  Qeyd edək ki,  Elşən Məmmədağa oğlu Səfərov 4 avqust 1970 ci ildə Çayrud kəndində anadan olmuşdur. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə getmişdi. 06 Yanvar 1994 cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə 23 yaşında şəhid olmuşdur. 1994-cü ildə Qarabağ döyüşləri zamanı 9 yaralı döyüş yoldaşını döyüş meydanından xilas edib, 10-cu yaraslı əsgəri xilas edərkən başından snayper gülləsi alaraq  şəhid olmuşdur.10 yanvar 1994 cü ildə doğulduğu Çayrud kəndində dəfn olunmuşdur. Çayrud kənd tam orta məktəbi də məhz şəhidimizin adını daşıyır. 
Tədbirdə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov və layihə rəhbəri Aida Səfərova çıxış edərək belə tədbirlərin keçirilməsində əsas məqsədin vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin gənc nəslə tanıtdırılmasında, yeniyetmələrin vətənpərvərlik və vətənə sevgi ruhunda tərbiyyə olunmasında rolunu qeyd ediblər. 
Daha sonra isə “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” sənədli filmi nümayiş etdirilib.
 
Əlil Təşkilatları İttifaqı
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 492 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”