24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/11/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.


“Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqı “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi yerinə yetirilmişdir.

 

Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.

Layihənin fəaliyyət planının növbəti mərhələsində Şuşa şəhərində əlilliyi olan şəxsləri hərəkətinin təmin olunması üçün nəzərdə tutulan müyəssərlik işləri görülmüşdür. Bakıda hazırlanmış müyəssərlik standartlarına uyğun kombinə olunmuş modul tipli duş və sanitar qovşağı Şuşa şəhərinə aparılaraq mərkəzi hissədə quraşdırılmış, əsas küçələrdə məlumatlandrma nişanı quraşdırılmış, Cıdır düzünə  giriş yeri uyğunlaşdırılmış və əlilliyi olan şəxslər üçün avtomobil dayanacaq yeri qaydalara uyğun nişanlanmış, şəhərin mərkəzi hissələrinindən birində avtomobil dayanacaq yeri yaradılmış, məişət obyektinin bir hissəsinə çıxış uyğunlaşdırılmışdır.

Qeyd: Fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində Qarabag otelində  Şuşa şəhərində fəaliyyət göstərən dövlət, xidmət, şirkət nümayəndələri və işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki, Universal Dizayn və Müyəssərlik” mövzularında seminar-təlimləri keçirilmiş, şəhərin müxtəlif yerlərində, turizm obyektlərində, infrastruktur sahələrində, layihələndirilən və tikilməkdə və bərpa olunan obyektlərində monitorinqlər aparılmış, işləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilmişdir. Bunların əsasında təkliflər hazırlanaraq baş planda nəzərə alınmaq üçün aidiyatı üzrə təqdim olunacaqdır.

Məqsədimiz ŞUŞA şəhərinin və işğaldan azad olunmuş ərazilərin hamı üçün müyəssər və əlçatan olmasına dəstək verməkdir. Hazırda layihənin növbəri fəaliyyətlərinin yerinə yetirilməsi həyata keçirilir.  

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 672 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”