25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/11/2022 Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində mərhum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq, hüquq müdafiəçisi  Əvəz Həsənovun xatirəsinə həsr olunmuş “Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda tədbir keçirilib.
 

Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov, Əvəz Həsənovun xanımı Mehriban Məmmədova, ailə üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xatirəsinə həsr olunmuş video-rolik nümayiş edilib.
Sonra çıxış edənlər Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov Əvəz Həsənovun xatirəsinə həsr olunmuş “Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda fikirlərini və onunla bağlı xatirələrini bölüşüblər. Çıxışçılar bildiriblər ki, vətəndaş hüquqlarının aliliyinə əsaslanan demokratik dövlət quruculuğunu strateji məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan Respublikasında görüləsi əsas işlərdən biri də qeyri- hökumət təşkilatlarının (QHT) formalaşması və inkişafı üçün münbit siyasi və hüquqi şəraitin təmin olunmasıdır. Azərbaycanda III sektorun fəaliyyətini tənzimləyən kifayət qədər baza formalaşdırılıb. İctimai müzakirələr daim dəyişən dinamikaya söykəndiyindən qanunvericiliyin də daim islahatlarla müşahidə edəcəyi istisnasız bir prosesdir.

 

O cümlədən, çıxışçılar regionda yaranmış yeni reallıqlardan bəhs ediblər, Azərbaycanın həmişə sülhə açıq olduğunu və buna töhfə verdiyini söyləyiblər. Natiqlər bildiriblər ki, əslən Kəlbəcərli olan Əvəz Həsənovun ən böyük arzusu Kəlbəcərin azad olunduğu görmək idi. Bugünki tədbirin təşkili də məhz Kəlbəcərin azad olunmasının ikinci ildönümü günündə baş tutub. 

Çıxışlardan sonra tədbir qeyri-hökumət təşkilatlarının qarşılıqlı diskussiyası şəkilində davam edib və Əvəz Həsənovla bağlı xatirələr bölüşülüb. 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 519 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”