24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/12/2022 Əmək və sosial müdafiə sahəsində bu il aparılan işlər və qarşıda duran hədəflər müzakirə olunub


Əmək və sosial müdafiə sahəsində bu il aparılan işlər və qarşıda

duran hədəflər müzakirə olunub

 

Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Bunun nəticəsi olaraq ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində sosial islahatlar bu il də ardıcıl və geniş miqyas alıb və qarşıda yeni sosial hədəflər var.

 

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında ifadə olunub.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində son illər atılan mühüm addımları qeyd edib.

 

Bildirilib ki, son dörd il ərzində 4 milyondan çox vətəndaşı əhatə edən üç sosial islahat paketi üzrə əlavə olaraq illik 6 mlrd. manat ayrılıb. Minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb, 10-dan çox yeni sosial ödəniş növü təsis olunub.

 

Eyni zamanda, 2022-ci ildə də sosial islahatların yeni mərhələsinə keçildi. Bu il 3,4 milyon şəxsi əhatə edən sosial ödənişlərdə növbəti artımlar edildi və bu artımlar üçün illik əlavə olaraq 2,1 mlrd. manat ayrıldı.

 

Həmçinin bu il sosial təminat sisteminin, sosial ödəniş alanların əhatə dairəsi daha da genişləndi. Eləcə də  “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edildi. Növbəti ilin əvvəlindən də pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün pensiyalarda hər il artıma imkan verəcək.

 

Sosial sahədə rəqəmsallaşma proqramının, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi işləri qeyd edilib.

 

İclasda  yeni peşə standartlarının hazırlanması işləri qeyd edilib, daha 148 peşə standartının reyestrə daxil edildiyi, reyestrdə 1000-dən çox standartın mövcud olduğu bildirilib. Dövlət tərəfindən əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin siyahısının növbəti dəfə genişləndirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Sosial təminat, pensiya sisteminin və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, övladlığagötürmə və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 441 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”