25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/12/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransı keçirilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2022-ci ildə görülən işlərə dair mətbuat konfransı keçirilib.  

Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirildiyini bildirib. 2022-ci ildə 56,7 min şəxsə əlillik təyin olunduğunu diqqətə çatdırıb. 

A.Bayramov qeyd edib ki, cari il iyulun 1-dən ölkəmizdə mütərəqqi dünya təcrübəsinə uyğun islahat tədbiri olaraq əlilliyin yeni meyarlar, yəni orqanizmin funksiyalarının  itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə  qiymətləndirilməsi həyata keçirilir. Yeni meyarların tətbiqindən sonra 14063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib. 

Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib. 

Son 4 ildə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bir uşaq reabilitasiya müəssisəsi – Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Aparılan bütün bu işlər reabilitasiya mərkəzlərinin potensialının dəfələrlə artmasına imkan verib.

Agentlik sədri postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatından da bəhs edib. 

Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib, bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

A.Bayramov jurnalistlərin suallarını cavablandırıb.

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 428 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”