25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
1/2/2023 “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!


“Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!

2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi yekunlaşıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində "səyyah" yaş qrupuna (18-22 yaş) mənsub gənc skautların bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi məqsədilə həyata keçirilən layihənin təlimlər hissəsində iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin onların növbəti fəaliyyətlərindəki rolu, bu fəaliyyətin təşkil edilmə metodları, skautların bu məqsədlərə nail olmaq üçün göstərəcəkləri səylərin necə artırılması öyrədilib. Daha sonra onlar öz icmalarında bunu təbliğ və tədris edəcəklər.

Təlimlərin ilk günü iştirakçılar Azərbaycan Skautlar Assosiasiyasının təlim müvəkkili Səadət Ağayevanın təqdimatında “Dayanıqlı İnkişaf Məqsədləri” konsepsiyası ilə bağlı təlim sessiyalarında iştirak ediblər. Təlim sessiyaları nəzəri, praktiki və təqdimat hissələrindən ibarət olub. Refleksiya qruplarının görüşündə iştirakçılar gün ərzində öyrənmə prosesi ilə bağlı təəssüratları bölüşüblər.

Layihənin ikinci gününə gümrah başlayan gənc skautlar Günü birinci yarısı Ülvi Məmmədov tərəfindən keçirilən iki hissəli “Qeyri-formal təhsilin əsasları” adlı təlimdə və Avropa Şurasının “Kompass” vəsaitindən istifadə edilməklə mövzuya uyğun məşğələlərdə iştirak ediblər. Günün davamında təlimçi Elnur Arifzadənin təqdimatında “Müstəqil öyrənmə” və Səadət Ağayevanın təqdimatında “İctimai vəkillik və insanlar mərkəzli vəkillik” təlimləri baş tutub. Gün sonu refleksiya qruplarının görüşündə iştirakçılar gün ərzində öyrənmə prosesi ilə bağlı təəssüratları bölüşüblər.

Təlimin son günü skautlar “DİM-in təbliği və tədrisi zamanı əsas alətlər”, “DİM-in ASA modeli: Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı” təlim sessiyalarında iştirak ediblər. Qiymətləndirmədən sonra rəsmi bağlanış mərasimi baş tutub. Layihədə iştirak etmiş gəncs skautlar və işçi heyətə şəhadətnamələr və təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası və “Global Shapers Shamakhi Hub” layihənin tərəfdaşlarıdır.

Layihə çərçivəsində "Daha yaxşı dünya üçün!" adlı çempionlar proqramına qoşulan hər bir iştirakçıya təşəkkür edirik! 

 

Hörmətlə,
Azərbaycan Skautlar Assosiasiyası

İctimaiyyətlə Əlaqələr Departamenti

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 565 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”