XƏBƏRLƏR




- 11/2/2023 “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
Q Ə R A R
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 353 nömrəli Qərarı ilə təsdiq edilmiş “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi
Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 353 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1087) ilə təsdiq edilmiş “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. 1.4-cü bəndə “mövzular” sözündən sonra “(qeyri-hökumət təşkilatlarına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmaqla)” sözləri əlavə edilsin;
1.2. 1.5-ci bənddə “kütləvi informasiya vasitələri ilə” sözləri “media vasitəsilə” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:
2
“1.6. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”.
2. 2.1-ci bənddə “Bələdiyyələr, təhsil müəssisələri, qeyri- hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər” sözləri “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsi nəzərə alınmaqla “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən resipiyent ola bilən şəxslər” sözləri ilə əvəz edilsin.
3. 3-cü hissə üzrə:
3.1. 3.1-ci bənddə “etibarnamə ilə etibar etdikləri şəxs” sözləri “notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndələri” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. Donor bu Qaydanın 3.1.3-cü və 3.1.4-cü yarımbənd- lərində qeyd olunan sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bu mümkün olmadığı halda, həmin sənədlərin təqdim edilməsi müsabiqə iştirakçılarından tələb olunur.”;
3.3. 3.3.3-cü yarımbənd və 3.5-ci bənd ləğv edilsin;
3.4. 3.6-cı bənddə “müraciət edənlərin” sözləri “müsabiqə iştirakçılarının (yaxud onların notariat qaydasında təsdiq edilmiş etibarnamə üzrə nümayəndələrinin)” sözləri ilə əvəz edilsin.
4. 4-cü hissə üzrə:
4.1. 4.2-ci bəndin ikinci cümləsində “təsadüfi seçilmiş 3 (üç) üzvü (ən azı biri müstəqil ekspert olmaqla)” sözləri “3 (üç) üzvü (biri müstəqil ekspert, digərləri isə layihənin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik Donorun əməkdaşları olmaqla)” sözləri ilə əvəz edilsin;
4.2. 4.6-cı bəndin ikinci cümləsində “layihə müəllifinin” sözləri “müsabiqə iştirakçısının” sözləri ilə əvəz edilsin;
4.3. 4.9-cu və 4.11-ci bəndlər aşağıdakı redaksiyada verilsin: “4.9. Ekspertizanın nəticələrinə dair arayış, Qiymətləndirmə
Komissiyasının rəyi və qeyri-hökumət təşkilatlarına münasibətdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 652 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları
3
tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın 4-cü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəyi əsasında Donor layihələrin maliyyələş- dirilməsi barədə 15 (on beş) iş günü müddətində qərar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir.
4.11. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Donor tərəfindən biri müstəqil ekspert, digərləri Donorun əməkdaşları olmaqla, 3 (üç) nəfər üzvdən ibarət tərkibdə Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının iclasları üzvləri tam tərkibdə iştirak etdikdə baş tutmuş hesab olunur. Apellyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı Apellyasiya Komissiyası üzvlərinin bitərəf qalmasına icazə verilmir. Qiymətləndirmə Komissiyasının üzvləri və ya əvvəllər üzvü olmuş şəxslər Apellyasiya Komissiyasının üzvü ola bilməzlər.”;
4.4. 4.12-ci bəndin birinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;
4.5. 4.13-cü bəndə “qərardan” sözündən sonra “inzibati qaydada və” sözləri əlavə edilsin.
5. 5.2-ci bəndə “qaydası,” sözündən sonra “layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılıb-ayrılmayacağı barədə qeyd, habelə layihə üzrə ayrılan qrant vəsaiti tam xərclənmədikdə, qalıq məbləğdən istifadə qaydası,” sözləri əlavə edilsin.
6. 5.6-cı və 6.7-ci bəndlər ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 fevral 2023-cü il
№ 45
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 375 dəfə oxunub
























1.jpg)






































