25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
10/2/2023 QHT Agentliyi qrant müsabiqəsi elan etdi - ELAN


 

QHT Agentliyi qrant müsabiqəsi elan etdi - ELAN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir.  

Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/  proqramı vasitəsi ilə qəbul ediləcək. 

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.

 

Azərbaycan Respublikasının

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

 “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin

 ELANI

 

            Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) QHT-ləri “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.

Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:

· Qərbi Azərbaycanlılarının pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında  beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

· “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər;

· Qərbi Azərbaycan haqqındam tarixi həqiqətlərin araşdırılması və təbliği istiqamətində təşəbbüslər;

· Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsinin tanıdılması istiqamətində multimedia məhsullarının istehsalı, elektron resursların yaradılması;

· Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətində təşəbbüslər;

· Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği ;

· Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslər;

· Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği;

· Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması;

· Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi – memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində təşəbbüslərin dəstəklənməsi;

· Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin) ictimai vəkillik təşəbbüsləri

 

Layihələrin müddəti

· Layihələrin müddəti 6 aya qədər (layihələr 1 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır) ola bilər.

 

Qrantın məbləği

· Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 30 000 (otuz min) manatdır.

 

QHT üçün tələblər

· Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;

· Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;

· Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:

· Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;

· layihənin ideyasının düzgün əsaslandırılması;

· layihənin məqsəd və vəzifələrinin aydınlığı;

· layihənin mövzusunun aktuallığı;

· layihənin innovativliyi;

· layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;

· layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,

· maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;

· QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;

· layihə üzrə risklərin təhlili;

· layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

· layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;

· layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;

· müsabiqədə iştirak edəcək QHT-lərin 1 aprel 2023-cü ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;

· Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.      

 

Ərizələrin təqdim olunması üçün texniki tələblər

· QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;

· Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.  

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar

· Ərizə forması (elektron forma elana əlavə olunur),

· Layihə təklifi (elektron forma elana əlavə olunur),

· Fəaliyyət planı(elektron forma elana əlavə olunur),

· Xərclər smetası (elektron forma elana əlavə olunur),

· Dövlət qeydiyyatı haqqında şəhadətnamə,

· Reyestrdən çıxarış,

· Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),

· VÖEN (sənədin hər iki üzü),

· QHT-nin bank rekvizitləri,

· QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),

· QHT rəhbərinin CV-si

· QHT-nin mühasibinin CV-si.

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

· Tələb olunan sənədlər tam təqdim edilmədikdə;

· Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;

 

QEYD:

· Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.

 

 Müsabiqənin prosedur qaydaları

Müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixindən – 02 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 fevral 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.

Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:

https://us02web.zoom.us/j/86096911527?pwd=YmlnVXB2ZUxZYUFPZzZxZFBFblFDUT09

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Ülkər Süleymanovaya müraciət etmək olar: 

ulkarsuleymanova@ngoagency.gov.az,

 

 01. Müsabiqə elanı - Qərbi Azərbaycan.doc

02. Ərizə forması.docx

03. Layihə təklifi.docx

04. Fəaliyyət planı.doc

05. Xərclər smetası.xls

 

 

Sənədlər

 

 Musabiqe_elan.docx

 Layihe_teklif_formasi.docx

 Erize_formasi.docx

 Fealiyyet_plani.docx

 Budce.xlsx

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 392 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”