XƏBƏRLƏR




- 16/2/2023 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.
- İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə istiqaməti üzrə mövzular:
- İşğaldan azad olunmuş ərazilərin minalanması və minadan zərərçəkənlər, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş və Böyük Qayıdış prosesinə ictimai dəstəyin göstərilməsi mövzularında yeni videoçarxların, sənədli filmlərin istehsalının təşviqi məqsədilə təşəbbüslərin dəstəklənməsi (xarici dillərdə);
- İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlarla çirklənməsi ilə əlaqədar beynəlxalq birliyin və beynəlxalq təşkilatların məlumatlanlandırılması məqsədilə kampaniyaların təşkili, hesabatların hazırlanması, minadan zərərçəkənlərlə işin təşkili;
- Ermənistanın törətdiyi müharibə cinayətləri, o cümlədən mülki infrastrukturun, yaşayış məntəqələrinin dağıdılması və mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı faktların toplanması və bu barədə beynəlxalq təşkilatlar üçün beynəlxalq dillərdə hesabatların hazırlanması;
- Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı materialların toplanması və beynəlxalq dillərdə müvafiq hesabatların hazırlanması və yayılması;
- Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı məlumatlandırma tədbirlərinin təşkili;
- BMT-nin ixtisaslaşmış qurumlarına hesabatların hazırlanması;
- Bakı şəhəri və regionlarda əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər;
- İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər (zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərlə iş, uşaq və qadın sığınacaqlarının potensialının artırılması)
- Qeyri-hökumət təşkilatlarının media savadlılığının artırılması üzrə təşəbbüslər;
- İnsan hüquq və azadlıqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi;
- Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər;
- Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində təşəbbüslərin dəstəklənməsi,
- Cəzaçəkmə müəsissələrində psixoloji yardım xidmətlərin təşkili,
- Məhkumların reabilitasiyası ilə bağlı təşəbbüslər;
- Həssas qruplarla iş, intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili,
- KİV-lərdə və sosial şəbəkələrdə “saxta xəbərlər”ə (fake news) qarşı mübarizə təşəbbüsləri,
- Cinayətkarlığın profilaktikası üzrə təşəbbüslər, maarifləndirmə işinin aparılması;
- Dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirləri;
- Qeyri-hökumət təşkilatlalarının bilik və bacarıqlarının artırılması üzrə təşəbbüslər;
- Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə istiqaməti üzrə mövzular:
- Ətraf mühitin qorunması üzrə təşəbbüslər;
- İşğaldan azad olunan ərazilərin flora və faunasına, su ehityatların (hidrosferinə) dəyən ekoloji zərərin (ekosid) xəritəsinin müəyyən olunması və bu ərazilərdə ətraf mühitin bərpa olunması istiqamətində təşəbbüslər;
- Yaşıllıq zonalarının və meşələrin məhv edilməsi, ölkənin yaşıl örtüyünə ziyan vurulması və bu kimi hallardan qorunması məsələlərinə diqqətin artırılmasıilə bağlı təşəbbüslər;
- “Təmiz şəhər” və “Təmiz kənd” konsepsiyasının təbliği;
- Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi ilə bağlı xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə kampaniyanın, tədbirlərin təşkili;
- Ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji təcüvüzlə əlaqədar bağlı xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə kampaniyanın, tədbirlərin təşkili;
- Urmiya gölününü quruması və onun fəsadlarının öyrənilməsi və aradan qaldırılması istiqamətində təşəbbüslər
- Mənzil Kommunal İstismar Sahələrinin məişət tullantılarının təmizlənməsi ilə bağlı fəaliyyətinin monitorinqi və bu sahənin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və təşəbbüslərin həyata keçirilməsi;
- İctimai yerlərdə tullantı qutularının monitorinqi, nəticələrin təhlili və tövsiyələrin hazırlanması, bu sahədə maarifləndirici tədbilərin keçirilməsi;
- İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (COVID-19 və ştamları, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar);
- Neft buruqları ətrafında yaşayışın insan sağlamlığına zərəri və onun profilaktikası üzrə təşəbbüslər;
- Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan əhalinin potensial təhlükələr barədə maarifləndirilməsi;
- Seysmik risklərin azaldılması və təhlükəli ərazilərdə yerli əhalinin zəlzələyə davamlı potensiallarının artırılması istiqamətində fəaliyyətlər;
- Qeyri-infeksion xəstəliklər və onların profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi (şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəng xəstəlikləri, kistik fibroz, xroniki respirator xəstəliklər talassemiya, hemofiliya və s.);
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili (Velosipedçilərin, həmçinin motosiklet və mopedlərin sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində təşviqat işinin təşkili);
- Sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi (sterilizasiyası), infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), yaşayış və qidalanma şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin təşkili və onlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsi məqsədilə maarifləndirmə və məlumatlandırma tədbirlərinin keçirilməsi.
- Sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi;
- Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüslər;
- İdmanın kütləviləşdirilməsi və sağlam həyatın təbliği kontekstində xalq oyunlarının təşviqi üzrə təşəbbüslər;
- İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi;
- Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi sahəsində tədbirlərin təşkili;
- Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi;
- İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə tədbirlərin təşkili,
- Ölkəmizin turizm potensialının təbliği ilə bağlı tədbirlərin təşkili (Ekoturizm, aqroturizm, kənd turizmi və s.).
- Elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri:
- Gənc alim və tədqiqatçıların fəaliyyətlərinin stimullaşdırılmasına dəstək təşəbbüsləri;
- Açıq təhsil və elmi resursların tətbiqi təşəbbüsləri;
- Beynəlxalq elm və təhsil platformalarının, elmi data bazaların təbliğı təşəbbüsləri;
- Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı dəstəkverici təşəbbüslər;
- Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri;
- Təhsilin problemlərinə həsr olunmuş tədqiqat layihələrinin dəstəklənməsi;
- Uşaqların (xüsusilə qızların) təhsildən yayınması hallarının aradan qaldırılması istiqamətində təşəbbüslər;
- Yeniyetmə və gənclərdə təməl bacarıqların formalaşdırılması təşəbbüsləri;
- Regionlarda qadın və qızların iqtisadi asılılığının aradan qaldırılması üçün peşə təhsili və sahibkarlığa cəlb olunmasını dəstəkləyən təşəbbüslər;
- Peşə təhsilinin əhali arasında populyarlaşdırılması və təbliği istiqamətində təşəbbüslər;
- Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində təşəbbüslər;
- Regionlarda mədəniyyət və incəsənət sahəsinin inkişafı istiqamətində tədbirlərin təşkili;
- Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarının tətbiqi üzrə təşəbbüslər;
- Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi təşəbbüsləri;
- Vətən müharibəsi iştirakçılarının bilik və bacarıqlarının artırılması üçün təşəbbüslərin dəstəklənməsi;
- Elektron kitabxana resursları, nəşrlərin rəqəmsallaşdırılması, gənclər və uşaqlar arasında oxu mədəniyyətinin təbliği istiqamətində təşəbbüslərin dəstəklənməsi;
- Regionlarda mədəni həyatın zənginləşməsinə dair təşəbbüslərin dəstəklənməsi;
- Azərbaycan mədəniyyətinin təbliği istiqamətində rəqəmsal alətlərdən istifadəyə dair təşəbbüslərin dəstəklənməsi;
- Maddi-mədəni irsimizin qorunması istiqamətində təşəbbüslər;
- Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində müsabiqələrin və festivalların keçirilməsi;
- Vətən müharibəsindəki qələbəmizi tərənnüm edən mədəni- kütləvi tədbirlərin keçirilməsi, qələbənin yeniyetmə və gənclər arasında təbliği;
- Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı tədbirlərin təşkili;
- Azərbaycan dilinin saflığının qorunması istiqamətində təşəbbüslər;
- Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların iştirakı ilə idman yarışlarının, hərbi düşərgələrin təşkili;
- Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı tədbirlərin təşkil olunması;
- Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği.
- Sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri) və iqtisadi məsələlər:
- Əhalinin sosial problemlərinin həlli istiqamətində təşəbbüslər;
- Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğat üzrə təşəbbüslər;
- Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstəyin göstərilməsi istiqamətində hüquqi maarifləndirmə tədbirləri
- Müharibədən zərərçəkmiş vətəndaşların psioxo
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
QHT Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsini elan edir - ŞƏRTLƏR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsini elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 16 fevral 2023-cü il tarixdən 10 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.
01. Müsabiqə elanı - 2023-cü il kiçik qrant.doc
Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
2023-cü il kiçik qrant müsabiqəsinin
ELANI
Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
- Agentliyin “Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lərin mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya sənədi” əsas götürülməklə yerli QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi.
Bu mövzu üzrə layihə təklifləri QHT-lərin arasında onlayn sorğu keçirilməsi üzrə qeyd edilmiş Konsepsiya əsas götürülməklə sorğunun keçirilməsi metodologiyası, sorğu anketinin hazırlanması, daxil olmaqla digər tədqiqiat metodlarını (fokus qruplar, dərinləşdirilmiş müsahibələr, data analiz və s.) bu metodların necə tətbiq ediləcəyini əks etdirməlidir. Nəzərdə tutulur ki, onlayn sorğu keçirilməsi üçün Agentlik sərəncamında olan saytda xüsusi bölmə yaradacaq və QHT-lər bu bölmə vasitəsilə sorğu anketini dolduracaqlar. Müsabiqə qalibi olacaq QHT bu və digər tədqiqat metodlarının tətbiqi ilə əldə olunmuş məlumatların analizi əsasında mövcud ehtiyacları, trendləri, tövsiyyələri əks etdirən hesabat hazırlayacaq və donora təqdim edəcək.
“Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lərin mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya sənədi”ni bu link vasitəsilə yükləyə bilərsiniz:
Bu xəbər 503 dəfə oxunub
























1.jpg)






































