25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
21/2/2023 “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib


“Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

 

Fevralın 21-i Xocalı Soyqırımının 31 illiyinə həsr olunmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU)”İstedadlı Əlillər” İçtimai Birliyinin üzvlərinin, yaradıcı şəxslərin əl işlərindən ibarət “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi təşkil olunub.

ADMİU, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şura və “İstedadlı Əlillər” İctimai Birliyinin üzvülərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunub.

Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb, sərginin önəmindən danışıb. Xocalı soyqırımını xatırlayan rektor bu ümumxalq hüzn gününün hər il universitet daxilində müxtəlif tədbirlərlə anıldığını vurğulayıb: “2020-ci ildən başlayaraq, bu anım günləri başqa ruhla yad edilir. Şəhidlərimizi anmaqla yanaşı, biz həmçinin, fəxarət hissləri keçiririk. Çünki Xocalıda canından olan 613 şəhidimizin, Birinci Qarabağ müharibəsi şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verdi və böyük qələbəni xalqımıza bəxş etdi”.

Rəhbəri olduğu ali təhsil ocağında Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin dərs dediyini və onların incəsənətimiz üçün peşəkar kadrlar hazırladığını deyən xanım rektor onların illər boyu Qarabağ probleminə və Vətən müharibəsinə həsr olunmuş bir çox tədbirlər, sərgilər keçirdiklərini, tamaşa və filmlər hazırladıqlarını diqqətə çatdırıb.

ƏƏSMN tabeliyində SXA ilə birgə əlilliyi olan yaradıcı şəxslərin sərgilərinin universitetdə tez-tez keçirildiyini deyən rektor bu cür istedadlı şəxslərə dəstək olmağa hər zaman hazır olduqlarını vurğulayıb.

Kəlbəcər Rayonunun Millət vəkili Aqil Məmmədov belə bir tədbirə görə universitet rəhbərliyinə təşəkkür edib və “Əsrin faciəsi” olan Xocalı soyqırımından və Vətən müharibəsindən bəhs edib və Xocalı Soyqrımıdan əlavə Başlı Bel faciəsi ilə bağlı geniş məlumat verdi. A.Məmmədov Vətən müharibəsində qazanılan böyük zəfəri dövlətimizin gələcək böyük uğurlarının başlanğıcı adlandırıb.

 

Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev çıxışında Qarabağ zəfərindən geniş söz açıb, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətindən danışıb. Həmçinin, A.Əliyev yaxın günlərdə Türkiyədə baş verən zəlzələ faciəsinə də toxunaraq universitetdə təhsil alan türkiyəli tələbələr başda olmaqla, bütün Türk dünyasına başsağlığı verib. Komitə sədri bu hadisədə Azərbaycanın Türkiyəyə növbəti qardaş dəstəyindən bəhs edərək bildirib ki, bu, Azərbaycan və Türkiyənin iki dövlət bir millət olduğunu bir daha sübut etdi.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov  tədbir haqqında qısa məlumat verdi və  qeyd etdi ki,  bu kimi vətənpərvər mövzularda tədbirləri təşkil etməkdə məqsədimiz həssas qurupun dilindən Qarabağ Həqiqətlərini beynəlxalq aləmə çatdırmaq və Xocalı Soyqırımını törədən,erməni silahlı qüvvələri,onlara dəstək verən terroçuların dinc əhaliyyə etdikləri vəhşiliyi,rəsm əsərlərində əks etdirən tablolarda dünyaya  təqdim etməkdən ibarətdi.

 ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, ƏƏSMN-nin tabeliyində SXA-nın rəhbərliyinin nümayəndəsi Fərhad Allahverdizadə, Abşeron Rayon İcra Hakimiyyətinin mavini Gülnar xanım Rəhimova, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli,YAP Abşeron təşkilatının sədri Abbas Əliyev,Abşeron KOB dostu Ehtibar Əliyev,Səhiyyə TV-nin əməkdaşı Günel Xəzəl və başqa qonaqlar çıxış edərək 31-ci ildönümü yaxınlaşan Xocalı Soyqırımından bəhs edib, həmçinin, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində ADMİU-nun müəllimləri, Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev musiqi nömrələri ilə çıxış edib, ADMİU-nun tələbələrinin ifasında vətənpərvərlik mövzulu şeirlər dinlənilib.

Sonda qonaqlar “İstedadlı Əlillər” İctimai Birliyinin hazırladığı “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi ilə yaxından tanış olublar.

 

                Hörmətlə İƏİB-nin sədri.Qubad Qasımov.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 416 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”