25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/2/2023 Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub


İnsan kapitalının davamlı inkişafının təmin edilməsi Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların əsas prioritetlərindən birini təşkil edir. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İnsan İnkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə vurğulanıb.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini, ölkəmizdə davamlı iqtisadi inkişaf prosesləri ilə paralel olaraq vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb.

 

Xüsusilə son beş ildə 4 sosial islahat  paketinin icra olunduğu, sosial ödənişlərdə ciddi artımlara, o cümlədən  minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artıma nail olunduğu bildirilib.

 

Bu dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyi qeyd olunub. Məşğulluq xidmətlərinin çeşidinin artırılması, peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin açılması sahələrində əldə olunan nailiyyətlər qeyd olunub.  İşçi qüvvəsinin bacarıqlarının artırılması, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi tədbirləri diqqətə çatdırılıb.

 

Dövlət başçısının Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  də sosial müdafiə sisteminin gücləndirilməsi və insan kapitalının, rəqabətqabiliyyətli kadr potensialının inkişaf etdirilməsinin prioritetlər sırasında olduğu qeyd olunub.

 

Dünya Bankı ilə ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin əhəmiyyəti vurğulanıb. 22 min işsiz şəxsin  kiçik biznesə çıxışına dəstək məqsədi daşıyan həmin layihə üzrə bu günədək artıq 5,4 minədək işsiz şəxs üçün kiçik bizneslər yaradıldığı bildirilib.

 

Görüşdə insan kapitalının inkişafı, “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrası, sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi, peşə hazırlığı sisteminin, sosial xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətlərdə görülən işlərə dair fikir mübadilələri aparılıb.

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 421 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”