25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/4/2023 QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır


 

Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.İclasda təcrübəli QHT ekspertləri və təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və əməkdaşları iştirak ediblər.

İclasın keçirilməsində əsas məqsəd Agentliyin güclü və zəif cəhətlərinin, imkan və çətinliklərinin təhlili, missiya və viziyonun, 2024-2026-cı illər üzrə strateji məqsədlərinin müəyyənlşdirilməsi və strateji məqsədlərə çatmaq üçün fəaliyyət planının hazırlanması idi.

İclasda dəvət olunmuş QHT nümayəndələri ilə birlikdə “Agentliyin 2024-2026-cı illər üzrə Strateji Planı”nının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Təcrübəli QHT ekspertləri və təmsilçiləri, Müşahidə Şurası üzvləri, Agentliyin icra aparatının əməkdaşlarından ibarət formalaşdırılmış 3 qrupun hər birində Strateji Planla bağlı 4 sessiyada ideya və təkliflərini irəli sürülmüş, müzakirələr və fikir mübadiləsi aparılmışdır. Hər bir sessiya müzakirəsindən sonra qruplar tərəfindən verilmiş təkliflər iştirakçılar tərəfindən təhlil edilib, sistemləşdirilib və ilkin layihə kimi təqdim edilib.

Strateji Planın hazırlanması ilə əlaqədar QHT təmsilçiləri ilə məsləhətləşmələrin davam etdiriləcəyi və müzakirə mərhələsindən sonra qəbul ediləcəyi bildirilib. Strateji Planın ayrı-ayrı hissələri ilə bağlı QHT təmsilçiləri ilə müzakirələrin canlı və onlayn formatda aparılması nəzərdə tutulur və onlarla bütün proses boyu sıx əməkdaşlıq davam edəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Müşahidə Şurasının iclasını açıq elan edib. İlk öncə aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid olan 3 nəfər hərbi qulluqçunun xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vüsal Quliyev bildirib ki, Strateji Planı hazırlayan zamanı həm vətəndaş cəmiyyətinin inkişafı məsələlərini və eləcə ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamaq vacibdir: “Biz təmin etməliyik ki, dövlətin QHT-lərə dəstəyi məqsədyönlü, aktual və təsirli olsun. Bu QHT-lərə öz məqsədlərinə nail olmaq, cəmiyyət və icmalar səviyyəsində müsbət dəyişiklik yaratmağa real kömək etsin. Biz təmin etməliyik ki, strateji planımız hərtərəfli, bütün maraqlı tərəflərin yanaşmasını nəzərə alan, yaxşı düşünülmüş və icra edilə bilən olsun. Biz həmçinin əmin olmalıyıq ki, o, konkret və ölçülə bilən məqsədləri, vaxt qrafiklərini və məsuliyyəti ehtiva edir”. (Report)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır (FOTO)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır (FOTO)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır (FOTO)

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır (FOTO)

 

Əlil Təşkilatları İttifaqı

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 504 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”