XƏBƏRLƏR




- 20/4/2023 Alternativ hesabatların hazırlanması təlimləri
- Beynəlxalq konvesiyalar üzrə alternativ hesabatların hazırlanması, göndərilməsi və təqdim edilməsi prosesi və prosedurları,
- Monitorinq aparılması, məlumatların toplanması metodologiyası və praktiki cəhətləri,
- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası (ƏŞHHK) və əlilliyi olan şəxslərin hüquqları ilə bağlı müddəalara malik olan digər konvensiyaların tələbləri,
- Azərbaycan Hökuməti tərəfindən təqdim olunan hesabatlar,
- BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə tövsiyələri,
- BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və ƏŞHHK maddələri arasında uyğunluqlar,
- digər mövzular.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
ELAN
Əlillik sahəsində fəaliyyət göstərən ictimai birliklərin təşkilatların nəzərinə!
Layihəsi üzrə təlimlərdə iştirak üçün müraciət formasını YÜKLƏ
http://azerweb.az/en/event.php?id=10803
Əlil Təşkilatları İttifaqı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi əlillik sahəsində fəaliyyət göstərən ictimai birliklərin nümayəndələrinə alternativ hesabatların hazırlanması bacarıqlarının öyrədilməsi və artırılmasıdır.
Layihədə əlillik sahəsində fəaliyyət göstərən 15 yerli təşkilatdan (ƏTİ-nin üzvü olan və olmayan) hər təşkilatdan 2 nəfər olmaqla 30 nümayəndənin iştirak etməsi nəzərdə tutulmuşdur. Bu elan əsasında müraciət etmiş təşkilatlardan 15-i seçiləcək. Seçim meyarları fəaliyyət sahələrinin müxtəlifliyi, layihə fəaliyyətlərində iştirak etmək üçün heyətin mövcudluğu, layihəyə marağın aydın ifadə olunması, nəzərdə tutulan fəaliyyətlərdə davamlı iştirakın dəstəklənməsi, oxşar fəaliyyətlərdə təcrübə və digər meyarlar olacaq.
Nümayəndələr 2 qrupa bölünəcək və onlara təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcək. Təlimlər may-iyun aylarında 4 həftə müddətində, həftədə 2 gün (həftənin 5-ci və 6-cı günləri), gündə 6 saat olmaqla (cəmi 48 saat) keçiriləcəkdir. Təlimlər Bakı şəhərində və yaxın regionların birində keçiriləcək.
Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:
Təlimlərdə davamlı tam iştirak vacibdir. İştirakçılara sertifikatlar veriləcəkdir. Təlimlərdən sonra seçiləcək ən azı 5 (beş) təşkilatın nümayəndələri ilə alternativ hesabatların hazırlanması prosesinə başlanacaqdır. Bu hesabatlar BMT-yə təqdim olunacaqdır.
5 (beş) təşkilatın beynəlxalq tədbirlərdə iştirak üçün BMT-də akreditasiya olunmasına dəstək veriləcəkdir.
Təlimlərdə iştirak etmək üçün əlavədə olan müraciət formasını dolduraraq 25 aprel 2023-cü il tarixə kimi davudrehimli@gmail.com email ünvanına göndərməyiniz xahiş olunur. Əlavə suallarınız olarsa 012 434 93 29 və 050 371 03 02 telefon nömrələrinə zəng etməyinizi xahiş edirik. Emailin ad (başlıq) hissəsində “OHCHR UDPO” qeyd etməyinizi xahiş edirik. Təlimlərin qrafiki və keçiriəgəyi yer barədə seçilmiş təşkilatlara məlumat göndəriləcəkdir.
Bu xəbər 490 dəfə oxunub
























1.jpg)






































