07 Dekabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/5/2023 İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi ilə əməkdaşlıq genişləndiriləcək


İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və

Təlim Mərkəzi ilə əməkdaşlıq genişləndiriləcək

 

DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əmək Təşkilatının (İƏT)  İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, DOST konsepsiyası, sosial  sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib.

İƏT-ə üzv ölkələr üzrə statistika, iqtisadi və sosial sahələrdə araşdırmaların aparılması, təcrübələrin və texniki məlumatların mübadiləsində SESRIC-in fəaliyyətinin əhəmiyyəti vurğulanıb.  Nazirliyin SESRIC ilə əməkdaşlığa xüsusi önəm verdiyi, həmçinin qurumun müxtəlif mövzularda keçirdiyi konfrans, seminar və təlimlərdə Nazirlik əməkdaşlarının iştirak etdiyi bildirilib. İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olmaqla yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafına töhfə verəcəyi qeyd olunub.  

Zehra Zümrüd Selçuk ölkəmizdə sosial sahələrdə aparılan islahatlarla, habelə DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib. O, rəhbəri olduğu qurumun  fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib, SESRIC-in İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzi ilə fəal əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətindən bəhs olunub. Milli Observatoriya ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası və əmək, məşğulluq, sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 350 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”