07 Dekabr 2025-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
4/5/2023 Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır


Bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılır

 

Nazirlikdə keçirilən kollegiya iclasında bu sahədə, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər istiqamətlərdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub

 

Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1,5 milyon vətəndaşa xidmət göstərildiyini qeyd edib.  

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, müasir əsasda təqdim edildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib. DOST təcrübəsinin bu gün dünyanın qabaqcıl təcrübələrindən biri kimi qəbul olunaraq 9 beynəlxalq mükafatla təltif edildiyi, hazırda bir çox ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşada  DOST xidmətləri infrastrukturu qurulacaq.

İclasda Nazirlik və qurumları tərəfindən bu ilin birinci rübündə 516 133 vətəndaşın qəbul edildiyi, onlardan 30 683-nün Nazirliyin Aparatının, qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən,  digərlərinin  Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edildiyi diqqətə çatdırılıb. Həmin dövrdə yazılı və e-qaydada 108 704, habelə 142 Çağrı Mərkəzi vasitəsilə 438 718, sosial şəbəkələr üzərindən 35 068 vətəndaş müraciətinin cavablandırıldığı qeyd olunub.

 

İclasda bölgələrdə DOST xidmətləri şəbəkəsi yaradılması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, daxili nəzarət və audit, dövlət qulluğu, kadr məsələləri, digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirlik tərəfindən göstərilən xidmətlərin hazırlanmış pasportlarına da baxılaraq Kollegiya tərəfindən təsdiqlənməsi, bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi qərara alınıb.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 328 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”