25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
31/5/2023 Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır


Sosial sahə üzrə yeni proaktiv xidmətlər yaradılır

 

Əmək və məşğulluq, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə

sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

 

Sosial sahədə elektronlaşdırma proqramı çərçivəsində 2019-cu ilin əvvəlindən 51 proaktiv xidmət yaradılıb və hazırda bu xidmətlərin sırasının daha da genişləndirilməsi işləri aparılır.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatların vətəndaş rifahının və məmnunluğunun təminatı məqsədi daşıdığını bildirib.

 

Qeyd olunub ki, son 5 ildə 4 sosial islahat paketi icra olunaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqı, pensiya, müavinət, təqaüd və sosial yardımların artırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Eyni zamanda, sosial xidmətlərin rəqəmsal müstəvidə, müasir və şəffaf şəkildə təqdim edilməsi sosial islahatların əsas tərkib hissəsidir.

 

Yaradılan 51 proaktiv xidmət vasitəsilə 720 min təyinat vətəndaşların müraciətinə və sənəd təqdim etməsinə  ehtiyac olmadan, elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Hazırda bəzi sosial təminat növlərinin, habelə dəfn üçün müavinətin də proaktiv qaydada təyinatına imkan verəcək xidmətlər yaradılır.

 

Eləcə də pensiya kalkulyatorunun təkmilləşdirilməsi, himayədar ailə qayğı sisteminin tətbiqi ilə bağlı “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin funksional imkanlarının genişləndirilməsi işləri davam etdirilir.

 

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Əmək Məcəlləsinə yeni dəyişikliklər layihəsinin hazırlandığı bildirilib. Son illər 1008 peşə və kvalifikasiya standartı hazırlandığı və sosial tərəfdaşlarla birgə daha 300 peşə və kvalifikasiya standartının hazırlanmaqda olduğu qeyd edilib.

 

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına 2020-ci ildə 23 yeni növ də əlavə edilərək siyahıda reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Hazırda bu siyahının növbəti dəfə genişləndirilməsi ilə bağlı layihə hazırlandığı bildirilib.

 

Habelə əlilliyin qiymətləndirilməsində ötən ilin iyulundan tətbiq olunan yeni meyarlardan bəhs olunub. Əlillik təyinatına əsas verən meyarların sayında 4 dəfədən çox artım edildiyi, həmin meyarlara yeni dəyişiklik layihəsinin, eləcə də övladlığagötürmə prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericiliyə də dəyişiklik layihələrinin hazırlandığı diqqətə çatdırılıb.

 

Əmək və məşğulluq, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə sahələrində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.  

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrinin Nizamnamələrində müvafiq dəyişikliklərin, “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin  Nizamnaməsi təsdiq edilib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 435 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”