XƏBƏRLƏR




- 2/6/2023 Maarifləndirmə tədbiri: “Uşaqlara qarşı zorakılığa son deyək!”
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Maarifləndirmə tədbiri: “Uşaqlara qarşı zorakılığa son deyək!”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsinin icrası “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən davam etdirilir.
Əsas məqsədi zorakılıqla mübarizə məsələləri ilə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına nail olmaqla cəmiyyətdə mövcud olan bir sıra neqativ halların qarısının alınmasına töhfə verməkdən ibarət olan bu layihə üzrə növbəti maarifləndirmə tədbiri Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində keçirilib.
Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devizi altında reallaşdırılan tədbirdə giriş nitqi ilə çıxış edən layihə rəhbəri Səkinə Məmmədbəyova müasir dövr üçün aktuallıq kəsb edən mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT Agentliyinə, tədbirin keçirilməsi üçün yaradılan şəraitlə əlaqədar isə SXA-ya birliyin rəhbərliyi adından təşəkkürünü bildirib.
Ekspert qismində tədbirə qoşulan təcrübəli mütəxəssislər insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən uşaqlara qarşı məişət zorakılığının anlayışı, növləri, başvermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, nikah yaşı, erkən evlilik problemləri, uşaqların hüquq və mənafelərinin müdafiəsi, bu sahədə valideynlərin hüquq və vəzifələri, uşaq qaynar xətt xidmətləri, habelə digər məsələlər barədə maraqlı təqdimatlarla çıxış ediblər.
Diqqətə çatdırılıb ki, zorakılıq qanuna zidd bir hərəkətdir və bu əməlin törədilməsində təqsirkar olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətinə cəlb olunurlar.
İnformasiya yayımı xidməti
https://azertag.az/xeber/Maariflendirme_tedbiri_Usaqlara_qarsi_zorakiliga_son_deyek-2636501
#UşaqHüquqları #ZorakılığaBirlikdəSonDeyək #İnsanHüquqlarıAylığı
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 383 dəfə oxunub
























1.jpg)






































