XƏBƏRLƏR




- 3/6/2023 Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş növbəti maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş növbəti
maarifləndirmə tədbiri Abşeron rayonunda keçirilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığa son deyək!” adlı maarifləndirmə kampaniyasının təşkili” layihəsini icra edən “Ümman” Əlilliyi Olan Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən növbəti tədbir Abşeron rayon Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilib.
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Şahbəndiyev açılış nitqi ilə çıxış edərək “Uşaqlara qarşı zorakılığa birlikdə son deyək!” devzi altında şagird, müəllim və psixoloqların iştirakı ilə təşkil olunan tədbirin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Birliyin sədri Şükufə Məmmədova müasir dövrün aktual sosial problemlərindən olan uşaqlara qarşı zorakılıqla mübarizə mövzusuna həsr olunmuş layihəyə dəstək verdiyinə görə QHT Agentlyinə, eyni zamanda Ombudsman tərəfindən mayın 18-dən iyunun 18-ə kimi ölkədə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirin keçirilməsi üçün yaradılan şəraitlə əlaqədar Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin və ümumtəhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Çıxışında gələcəyimiz olan uşaqların hüquq və azadlıqlarının təmini məsələlərinin daim dövlətimizin diqqət mərkəzində olduğunu böyük minnətdarlıqla qeyd edən Səkinə Məmmədbəyova isə rəhbəri olduğu layihənin məqsəd və vəzifələri, hədəf qrupları, görülən işlər, o cümlədən çap etdirilərək tədbir iştirakçılarına təqdim olunan maarifləndirici buklet haqqında məlumat verib.
Daha sonra ekspert qismində tədbirə dəvət olunan məişət zorakılığından zərər çəkmiş uşaqlarla sosial iş üzrə təcrübəli mütəxəssis Gülnaz Məmmədli insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən zorakılığın anlayışı, növləri, baş vermə səbəbləri, onun daha çox ehtimalı olunduğu yerlər, qarşısının alınması yolları, risk qrupları, nikah yaşı, ekrən evlilik problemləri, uşaqların hüquq və mənafeləri, onların müdafiəsi sahəsində valideynlərin hüquq və vəzifələri, uşaq qaynar xətt xidmətləri, habelə digər mühüm məsələlər üzrə maraqlı təqdimatlar ediblər. Xüsusi olaraq vurğulanıb ki, məişət zorakılığı qanuna zidd bir hərəkətdir və bu əməlin törədilməsi qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova və digərləri çıxış edərək tədbir barədə müsbət təəssuratlarını bölüşüblər.
İnformasiya yayımı xidməti
#UşaqHüquqları #ZorakılığaBirlikdəSonDeyək #İnsanHüquqlarıAylığı
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 436 dəfə oxunub
























1.jpg)






































