25 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/6/2023 Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə bağlı tədbir keçirilib


Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılan Şağan Reabilitasiya

Pansionatının 20 illiyi ilə bağlı tədbir keçirilib

 

Ölkəmizin ən böyük reabilitasiya müəssisəsi olan 250 çarpayılıq pansionatda son bir ildə 7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında yaradılan Şağan Reabilitasiya Pansionatının 20 illiyi ilə əlaqədar həmin Pansionatda  tədbir keçirilib.

Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, şəhid ailələri üzvləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak edib.  Əvvəlcə reabilitasiya mərkəzlərində reabilitasiya kursu keçən, habelə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şağan Reabilitasiya Pansionatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, 2003-cü ilin may ayında istifadəyə verilən, ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatı da Ulu Öndərin tapşırığı ilə yaradılıb və onun əlilliyi olan şəxslərin reabilitasiyasına xüsusi qayğısının bir təzahürüdür.  

Əlilliyi olan şəxslərə göstərilən bu böyük diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının tapşırığına əsasən son beş ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb, yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Cənab Prezidentin iştirakı ilə 2021-ci il fevralın 25-də isə Şağan Reabilitasiya Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Yaradılan müasir reabilitasiya sistemi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında  da mühüm önəm kəsb edir. 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatında son bir ildə 7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onların bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Digər çıxış edənlər həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğı göstərilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin ildən-ilə genişləndiyini vurğulayıblar. Ölkədə aparılan uğurlu sosial siyasətin əlilliyi olan şəxslərin də sosial müdafiəsi və reabilitasiyası sahəsində mühüm nailiyyətlərə imkan verdiyini bildiriblər.

Pansionatın yubileyi və 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar müəssisənin əməkdaşlarına, habelə Pansionatda mədəni-kütləvi tədbirlərin təşkilinə dəstək olan qurumlara Təşəkkürnamələr təqdim olunub.

Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının da iştirak etdiyi ədəbi-musiqili kompozisiya ilə davam edib.

 

Əlil Təşkilatları İttifaqı

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 329 dəfə oxunub




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”