XƏBƏRLƏR




- 25/7/2023 USAID dəstəyi ilə həyata keçirilən Gələcək üçün Assosiasiyalar layihəsinin “Dəyərləndirmə sessiyası” keçirilmişdir.
25 iyul 2023-cü il tarixində USAID dəstəyi ilə həyata keçirilən Gələcək üçün Assosiasiyalar layihəsinin “Dəyərləndirmə sessiyası” keçirilmişdir.
Sessiya zamanı layihənin 2022-2023-cü il üzrə hesabatı və “Gələcək üçün Assosiasiyalar Akademiyası”-nın təqdimatı layihə rəhbəri Kristina Məmmədova tərəfindən edilmiş, konsorsium tərəfdaşı Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli isə assosiasiyalar üçün “Sosial inklüzivlik” komponenti mövzusunda təqdimatla çıxış etmişdir. Assosiasiyalar Akademiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmiş və növbəti addımlar müzakirə olunmuşdur. Həmçinin, İlkin tədqiqatın nəticələri də iştirakçılara təqdim edilmişdir.
Sessiyada layihənin benefisiar assosiasiyaları olan – Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının nümayəndələri, “Gələcək üçün Assosiasiyalar Akademiyası”-nın təlimçiləri, Kənd Təsərrüfatı Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, USAID Azərbaycan Agentliyinin və ABŞ-nın Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak etmişdir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 367 dəfə oxunub
























1.jpg)






































