XƏBƏRLƏR




- 15/12/2023 “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən  həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”
				
 - - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
 - - GÜLƏN ÇOCUQ FESTİVALI
 - - "İnkluziv ədalət” regionlarda
 - - İnkluziv ədalət
 - - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
 - - “Layihə Univerisiteti”nin təlimi davam edir
 - - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
 - - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
 - - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
 - - Sosial Xidmətlər Agentliyi
 - - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
 
                
				
                                
“Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən
həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq 15 dekabr 2023 - cü il tarixdə “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə müxtəlif dövlət qurumlarının, İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN), QHT-lərin nümayəndələri iştirak etmişlər.
Gündəliyə əsasən Əlil Təşkilatları İttifaqının prezidenti, layihə rəhbəri Davud RƏHİMLİ qısa xülasə ilə çıxış edərək tədbirin məqsədi haqqında qısa məlumat vermişdir. Sonra dövlət orqanlarının nümayəndələrinin çıxışları dinlənilmiş, əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələrinin onlara ünvanlanan suallarını cavablandırmış və müzakirələr olmuşdur.
Tədbir zamanı alternativ hesabatlarda problemlərin qərəzsiz, düzgün qeyd olunması, hesabatların hazırlanmasında təcrübə və əhatə dairəsinin genişləndirilməsi məsələləri xüsusilə qeyd olunmuşdur. Vurğulanmışdır ki, bu formatda tədbirlərin keçirilməsi məqsədəuyğundur.
Qeyd edək ki, bu layihə çərçivəsində əlilliyi olan şəxslərin təşkilatları tərəfindən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının 5 maddəsinə görə 5 tematik alternativ hesabat hazırlanması başa çatdırılmışdır. Əlil Təşkilatları İttifaqı tərəfindən isə ümumi Konvensiya üzrə bir alternativ hesabatın hazırlanması davam edir.
(Qeyd: Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilir).
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 622 dəfə oxunub
























1.jpg)




































 
      
      


