24 İyul 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
49. Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli, 581 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 47 nömrəli "Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növlərinin və vəzifələrin siyahısının təsdiq edilməsi haqqında" qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 

Bakı şəhəri, 12 sentyabr 2002-ci il
№ 145

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 12 sentyabr  tarixli, 145 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş

peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin

müddətİ

I. Peşə növlərİnİn və vəzİfələrİn
 

SİYAHİSİ

1. Dərman preparatlarının, narkotik vasitələrin, psixotrop maddələrin prekursorların tədqiqatı, istehsalı, qablaşdırılması, tətbiqi, saxlanılması və satışı prosesində iştirak edən idarə, müəssisə və təşkilatlarda bütün növ peşə və vəzifələr.

2. Təcili tibbi yardım stansiyalarının həkimləri, tibb müəssisələrində anestezioloq-reanimatoloq, onkoloq və digər bilavasitə narkotik vasitələrdən və psixotrop maddələrin istifadə edilməsi və məsləhət görülməsi ilə əlaqəli olan tibbi vəzifələr.[1]

3. Tədris-tərbiyə müəssisələrində bütün növ peşə və vəzifələr.

4. Uşaq və yeniyetmələrin sağlamlıq müəssisələrində (mövsümi), məktəbdənkənar müəssisələrdə bütün növ peşə və vəzifələr.

5. Məktəbəqədər uşaq müəssisələrində bütün növ peşə və vəzifələr.

6. İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində bütün növ peşə və vəzifələr.

7. Xüsusi rabitə şəbəkəsində bütün növ peşə və vəzifələr.

8. Hərbiləşdirilmiş mühafizə xidmətlərində bütün növ peşə və vəzifələr.

9. Silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələr.

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.

11. Bütün müəssisələrdə və bank sistemində xəzinə müdirləri, xəzinədarlar və nağd pul əməliyyatları ilə məşğul olan mühasib və nəzarətçilər.

12. İnkassatorlar.

13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğından mühafizə xidmətinin bütün növ peşə və vəzifələri.

14. Neft-qaz sənayesi müəssisələrində bilavasitə istehsalat prosesi ilə bağlı bütün növ peşə vəzifələr üzrə işçilər.

15. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında sazlama, quraşdırma və yüksək gərginlik altında sınaqlar və iş aparan heyət.

16. İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər.

17. Partlayıcı maddələr tətbiq olunan, partlayış və yanğın təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün növ peşə və vəzifələr.

18. Nəqliyyatın bütün növlərini idarə edən işçilər, o cümlədən müəssisədaxili hərəkətlə bilavasitə əlaqədar olan işçilər (avtoyükləyicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).

II. Məhdudİyyətİn müddətİ

Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır.

Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 123)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 13 fevral 2008-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 123) ilə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 2-ci bəndində “narkotik” sözündən sonra “vasitələrin və psixotrop” sözləri əlavə edilmişdir.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2681 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”