XƏBƏRLƏR




- 37. “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - Azərbaycan Nazirlər Kabineti "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.
- - 71. Azərbaycan Respublikasında insanın immunçatışmazlığı xəstəliyinin (AİDS)* yayılmasının qarşısının alınmasına dair “MİLLİ STRATEJİ PLAN”ın təsdiqlənməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı, 2002-ci il
- - 70. “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 69. "Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 68. "Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün təşkil olunan xüsusi xəstəxana-internatlara xəstələrin göndərilməsi və qəbulu Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
- - 67. “2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 66. Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2000-ci il
- - 65. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 64. “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il
- - 63. “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2010-cu il
- - 62. Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstərişlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2003-cü il
“2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 26 noyabr 2010-cu il
№ 224
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 26 noyabr tarixli 224 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə
TƏDBİRLƏR PROQRAMI
1. Giriş
Hemofiliya - bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış irsi qan xəstəliyidir. Azərbaycanda rəsmi statistikaya əsasən hemofiliyalı xəstələrin sayı 1300-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır.
Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan əsasən oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.
Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə, dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Son illər hemofiliyadan əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
"Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olmuşdur. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.
Lakin buna baxmayaraq, hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Belə ki, hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili, faktorlarla müalicə nəticəsində baş verən ağırlaşmaların aradan qaldırılması, artropatiyaların cərrahi reabilitasiyası üsullarının tətbiqi həllini gözləyən məsələlərdir.
2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
3. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- hemofiliyalı xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması;
- hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilməsi;
- hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə faktor preparatları ilə müalicənin təşkili.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
|
Sıra №-si |
Tədbirin adı |
İcraçı təşkilatlar |
İcra müddəti (illər üzrə) |
|
1 |
2 |
3 |
4 |
|
1. Hemofiliyalı xəstələrin müalicəsi |
|||
|
1.1. |
Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası üçün faktor preparatları ilə müalicənin və hemofiliyanın inhibitor formasının müalicəsinin tətbiqi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2012 |
|
1.2. |
Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopik sinovektomiya, eləcə də oynaqların müasir endoprotezlərlə əvəz olunması əməliyyatlarının Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkili |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2012 |
|
1.3. |
Hemofiliyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə rayonlararası kabinetlərin təşkil edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011 |
|
1.4. |
Hemofiliya üzrə kliniki protokolların, metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2012 |
|
1.5. |
Hemofiliyalı xəstələrin registrinin yaradılması |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011 |
|
2. Hemofiliyaya dair maarifləndirmə |
|||
|
2.1. |
Hemofiliyaya dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015 |
|
3. Kadr hazırlığı |
|||
|
3.1. |
Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən xarici ölkələrdə) |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015 |
|
3.2. |
Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi |
2011-2015 |
5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr
Tədbirlər Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
- hemofiliyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsi;
- hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması;
- hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılması.
Bu xəbər 2444 dəfə oxunub
























1.jpg)






































