30 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28. İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2002-ci il


İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İkinci dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). [2]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 8 iyul 2002-ci il

№ 103

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 8 iyul  tarixli, 103 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin , sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi[3]

 

QAYDALARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası olaraq hazırlanmışdır və İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsini tənzimləyir.[4]

1.2. İkinci Dünya müharibəsi iştirakçılarına protez-ortopediya məmulatları, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxslər istisna olmaqla)*, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir. [5]

1.3. Protez-ortopediya məmulatlarının və reabilitasiya vasitələrinin növləri və anlayışı:

Protez - amputasiya olunmuş ətrafın anatomik və funksional cəhətdən bərpa olunması üçün istifadə olunan texniki konstruksiyadır.

Ortez-müalicəvi və ortopedik texniki məlumat olub, insanın dayaq-hərəkət aparatının pozulmuş və ya itirilmiş funksiyasının bərpasına və hərəkətinə xidmət edir.

Korset və bandaj - ortezin bir növü olub, gövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarının xəstəliklərində müdafiə məqsədi ilə istifadə olunan ortopedik məmulatdır.

Ortopedik ayaqqabı - pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın qısalığı zamanı müalicəvi və reabilitasiya məqsədi ilə istifadə olunan xüsusi hazırlanmış ayaqqabıdır.

Protez ayaqqabısı - aşağı ətraf protezlərinə geyinilən ayaqqabıdır.

Eşitmə aparatları - eşitmə funksiyasını bu və ya digər dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa etmək üçün istifadə olunan cihazdır.

Kreslo-veloarabalar - dayaq-hərəkət funksiyalarını bu və ya digər səbəbdən itirmiş şəxslərin hərəkət etməmələri üçün istifadə olunan reabilitasiya vasitəsidir.

Reabilitasiya vasitələri (əsalar, qoltuqaltı ağaclar, dirsəkaltı ağaclar və s.) - əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və xəstələrin itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələrdir. [6]

1.4. Bu Qaydaların 1.2 bəndində göstərilən şəxslərin bütün növlərdən olan protez-ortopediya məmulatları və digər reabilitasiya vasitələri ilə təmin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki protez-ortopedik bərpa mərkəzləri (bundan sonra- mərkəz) səyyar, ambulator və stasionar formada həyata keçirir.

2. Pulsuz verİlən protez-ortopedİYA məmulatlardan və reabİlİtasİya vasİtələrİndən İstİfadə müddətlərİ və protez-ortopedİk məmulatlar üçün müəyyən edİlmİş təmİnat müddətlərİ

2.1. Yuxarı və aşağı ətraf protezləri, ortez və korsetlər üçün aşağıdakı istifadə müddətləri müəyyən edilir:

yuxarı və aşağı ətraf protezləri iki ildən az olmayan müddətə verilir;

yuxarı və aşağı ətraf protezlərinin pulsuz almış vətəndaşlara eyni zamanda əsas protezlə birgə ayaq yaxud əl üçün işlək protez (onların arzusu ilə), eləcə də 2 il müddətinə ayağın salamat qalmış hissəsi üçün 10 ədəd toxunma çexol verilir;

iki ayaq yaxud əl protezi (əsas və işlək) alan vətəndaşların protezləri verilmə vaxtından başlayaraq 3 ildən tez olmayan müddətdə dəyişdirilir;

xlorvinil əl protezləri altı aydan az olmayan müddətə verilir;

aşağı və yuxarı ətraflar üçün hazırlanmış tədris protezləri güdüllərin formalaşmasından asılı olaraq 3-6 ay müddətindən sonra daimi protezlə əvəz olunur;

yuxarı və aşağı ətraf ortezləri və korsetlər bir il müddətinə verilir;

bandaj məmulatları bir il müddətinə verilir;

əsas protez-ortopediya məmulatları ilə yanaşı, onların alınma tarixindən asılı olmayaraq, mərkəzin tibbi-texniki komissiyasının qərarı ilə 2 il və ya daha çox (iş, idman, məişət və s. üçün) müddətə ehtiyat protez verilə bilər;

2 il müddətinə verilmiş protezlər, bu müddətə əlilin və sağlamlıq imkanları məhdud uşağın ətraflarında hər hansı xəstəlik (reamputasiya və s.) yaranarsa, mərkəzin tibbi-texniki komissiyasının qərarı ilə vaxtından əvvəl dəyişdirilə bilər.[7]

Uşaqlar üçün protez-ortopediya məmulatlarının istifadə müddəti və təkrar protezləşdirmə müddəti mərkəz tərəfindən müəyyənləşdirilir.

2.2. Protez ayaqqabılarının istifadə müddəti:

protez ayaqqabıları ildə iki cüt verilir;

hər iki əli amputasiya olunmuş şəxslərə ildə bir cüt rezin yanlıqlı protez ayaqqabıları verilir.

2.3. Ortopedik ayaqqabıların istifadə müddətləri:

mürəkkəb ortopedik ayaqqabılar ildə iki cüt verilir;

16 yaşadək  uşaqlara ortopedik ayaqqabıların verilmə müddəti mərkəzin rəyi əsasında müəyyənləşdirilir.

2.4. Eşitmə aparatlarından istifadə müddətləri:

eşitmə aparatları hər bir şəxsə bir komplekt olmaqla surdoloqun tibbi rəyi əsasında üç il müddətinə verilir.

2.5. Kreslo-veloarabalardan istifadə müddətləri:

kreslo-veloarabalar zona tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında üç il müddətinə verilir.[8]

Qeyd. Kreslo-veloarabalar istifadə müddətindən əvvəl yararsız vəziyyətə düşdükdə, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin və müvafiq zona tibbi-sosial ekspert komissiyalarının birlikdə verdikləri akta, eşitmə aparatları isə mərkəz tərəfindən verilən arayışa uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı əsasında vaxtından qabaq yenisi ilə pulsuz əvəz oluna bilər.

2.6. Digər reabilitasiya vasitələrindən istifadə müddətləri:

əsalar, çəliklər, qoltuqaltı və dirsəkaltı ağaclar və s. bu tipli vasitələr mərkəzin rəyi əsasında ildə bir dəfə verilir.

2.7. Protez-ortopedik məmulatları üçün müəyyən edilmiş təminat müddətləri:

təminat müddəti ərzində aldıqları məmulatlar yararsız hala düşdükdə, vətəndaşların onları geri qaytarmaq hüququ vardır. Mərkəz həmin məhsulları öz vəsaiti hesabına təmir etməyə və ya dəyişdirməyə borcludur. Protez-ortopediya məmulatlarının təminat müddətində dəyişdirilməsi yaxud qüsurunun aradan qaldırılması növbədənkənar yerinə yetirilir.

Protez-ortopediya məmulatları üçün aşağıdakı təminat müddətləri müəyyənləşdirilir:

 

yuxarı və aşağı ətraf protezləri, ortezlər

- 6 ay;

xlorvinil əl protezləri, toxuma korset və reklinatorlar, müalicə bandajları

- 2 ay;

döş vəzisinin protezləri

- 40 gün;

ortopedik ayaqqabı və bütün növlərdən olan protezlər üçün dəri altıqlı ayaqqabılar

- 40 gün

rezin altlıqlı kişi və qadın ortopedik ayaqqabıları

- 60 gün;

16 yaşadək uşaqlar üçün rezin altıqlı ortopedik ayaqqabılar

- 45 gün;

rezin örtüyü olan dəri altlıqlı ortopedik ayaqqabı

- 50 gün;

başmaq qoyulmuş şinli ortopedik ayaqqabılar

- 40 gün.

 

3. Protez-ortopedİYA məmulatların hazırlanma və təmİr müddətlərİ

3.1. Protez-ortopediya məmulatın və ortopedik ayaqqabının hazırlanma müddəti sifarişin mərkəz tərəfindən qəbul edildiyi gündən hesablanır.

3.2. Əgər gündəlik sifariş məmulatın gündəlik buraxılma normasından artıq olarsa, onun yerinə yetirilmə müddəti 20 gündən çox olmayan müddətə uzadıla bilər.

3.3. Protez-ortopediya məmulatları və ortopedik ayaqqabılar (o cümlədən uşaqlar üçün) aşağıda göstərilən müddətlərdə hazırlanır:

 

modeli çıxarılmadan

- 25 iş günü;

obturator, bel tutqacları, müalicəvi bandajlar, supinator və pronatorlar

- 8 iş günü.

Hazırlanma müddətinə aşağıdakı müddətlər əlavə olunur:

 

modeli çıxarılmaqla

- 8 iş günü;

əlavə yoxlamanın (iki dəfədən artıq) təyin edilməsi, xüsusi yarımfabrikat hazırlanmaqla

- 8 iş günü;

ikitərəfli zədə və amputasiya zamanı hazırlanan məmulatlar üçün

- 25 iş günü.

 

 

3.4. Sifariş qəbul edilərkən yaxud yoxlama zamanı şəxsə yoxlama və ya hazır məmulatın alınma vaxtı haqqında məlumat verilir.

3.5. Səyyar protez emalatxanaları tərəfindən protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabılar üçün qəbul edilmiş sifarişlər 60 təqvim günü müddətinə yerinə yetirilir.

3.6. Əlilin və ya sağlamlıq imkanları məhdud uşağın protezin yoxlanılması və alınması üçün gəlmədiyi vaxt hazırlama müddətinə daxil edilmir. [9]

3.7. Eksperimental-sınaq qaydasında düzəldilən, qeyri-tipik və xüsusi mürəkkəb məmulatların hazırlanma müddətləri fərdi olaraq mərkəzin direktoru, yaxud baş həkimi tərəfindən müəyyənləşdirilir.

3.8. Protez-ortopediya məmulatlarını, eləcə də ortopedik ayaqqabıları pulsuz almış şəxslər üçün həmin məmulatların təmiri pulsuz aparılır.

Protez-ortopediya məmulatları, eləcə də ortopedik ayaqqabıların təmiri aşağıdakı müddətlərdə aparılır:

əsaslı təmir  -15  təqvim günü;

orta təmir  -  7  təqvim günü.

4. Protez-ortopedİYA məmulatların və ortopedİk ayaqqabıların hazırlanması və təmİrİ üçün sİfarİşlərİn sənədləşdİrİlməsİ

4.1. Protez-ortopediya məmulatların və ortopedik ayaqqabıların hazırlanması və təmiri üçün sifarişlər mərkəz tərəfindən müəyyən olunmuş qaydada qəbul olunur. Şəxsiyyət vəsiqəsi, uşaqlar üçün doğum haqqında şəhadətnamə, pensiya vəsiqəsi (zəruri hallarda digər sənədlər tələb oluna bilər) əsasında protezləşmə vərəqəsi və sifariş blankı açılır. Protezləşmə vərəqəsi, sifariş blankı protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabıların hazırlanması (təmiri) üçün əsas sənədlərdir. Protezləşmə vərəqəsi mərkəzin həkim tərəfindən doldurulur. Protezləşmə vərəqəsində şəxsin anket məmulatları, ona əvvəllər protez-ortopediya məmulatlarının və ortopedik ayaqqabının verilib-verilməməsi, belə yardımın göstərilmə tarixi haqqında məlumat qeyd olunur. Sifariş blankında şəxsin protez-ortopediya yardımına ehtiyacı müəyyənləşdirilir, yardım növü və həcmi qeyd olunur.

Protezləşmə vərəqəsi və sifariş blankı ciddi hesabat sənədi sayılır. Protezləşmə vərəqəsi on il, sifariş blankı isə üç il müddətinə saxlanılır.

 

* Əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olmuş şəxslərin protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları və digər reabilitasiya vasitələri ilə təmin edilməsi xərcləri təqsirkar müəssisə tərəfindən ödənilir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
  2. 5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə qərarın adında «əlillərin» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

 

[2] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1-ci bəndində «əlillərin» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

 

[3] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə adında «əlillərin» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

 

[4]22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.1-ci bənddə «əlillərin» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

 

[5] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.2-ci bənddə «əlillərə» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmiş, 1.2-ci bənddə və «Qeyd» hissəsində «səbəbindən əlil» sözlərindən sonra «və ya sağlamlıq imkanları məhdud» sözləri əlavə edilmişdir.

 

[6] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 1.3-cü bəndin doqquzuncu abzasında «əlillərin» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

 

[7] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2.1-ci bəndin onuncu abzasında «əlilin» sözündən sonra «və sağlamlıq imkanları məhdud uşağın» sözləri əlavə edilmişdir.

 

[8] 5 yanvar 2011-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 1, maddə 54) ilə təsdiq edilmiş "İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları"nın 2.5-ci bəndindən və onun "Qeyd" hissəsindən "zona" sözü çıxarılmışdır.

 

[9] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 3.6-cı bənddə «Əlilin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşağın» sözləri əlavə edilmişdir.

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2607 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”