30 May 2026-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14. Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 1999-cu il


Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

"Böyük Vətən müharibəsi iştirakçıları və əlilləri, digər dövlətlərin ərazisində gedən hərbi əməliyyatlarda iştirak edənlər, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı tanınması haqqında Sazişin təsdiq edilməsi barədə" və "Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin güzəştli gediş hüquqlarının qarşılıqlı tanınması haqqında Sazişə qoşulmaq barədə" Azərbaycan Respublikasının Qanunları ilə rəsmiləşdirilən nəqliyyatda gediş güzəştlərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

qeyd olunan Qanunların şamil edildiyi kateqoriyadan olan vətəndaşların nəqliyyat vasitələri ilə daşınması "Azərbaycan Hava Yolları" Dövlət Konserni, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən həyata keçirilir və həmin daşınmalar üçün xərclər dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir;[1]

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən onların müraciəti əsasında verilir; [2]

talonlar təqdim olunan nəqliyyat təşkilatları tərəfindən şərtsiz qaydada qəbul olunur və talonu təqdim edən vətəndaşa bu və ya digər nəqliyyat növü ilə gediş-gəlişi üçün bilet verilir;

vətəndaşlardan alınan talon və onlara verilən biletlər barədə hesabat rübdə bir dəfə müvafiq nəqliyyat təşkilatları tərəfindən Maliyyə Nazirliyinə nazirlik tərəfindən müəyyən edilmiş formada təqdim edilir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 avqust 1999-cu il
                     № 133

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569)
  2. 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199)
  3. 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736) ilə birinci bəndinin ikinci abzasında "Azərbaycan Dövlət Dəmir Yolu" sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyun 2006-cı il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 569) ilə qərarının 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan vətəndaşlara onların müraciəti əsasında pensiya təyin edən aidiyyəti orqanlar tərəfindən verilir;

 

 

                  27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 199) ilə 1-ci bəndinin üçüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

nəqliyyat vasitələri ilə gediş-gəliş biletlərinin əldə olunması üçün xüsusi talonlar bu güzəştə malik olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya alan şəxslərə bu pensiyanı təyin edən aidiyyəti orqanlar, digər vətəndaşlara isə yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən onların müraciəti əsasında verilir;

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3620 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”